Vyanada İran, Misir və Rusiyaya qarşı etiraz

VyanaAvstriyanın paytaxtı Vyanada Suriya probleminin müzakirə olunduğu  otelin qarşısında bir qrup insan İran, Misir və Rusiyanın danışıqlara qatılmasına etiraz edib.

Otelin qarşısına toplanan təxminən 150 nəfərlik qrup, üzərində “Suriyaya azadlıq” yazılan bayraqlar qaldırıblar. İran, Misir və Rusiyanın müzakirələrə qatılmasına etiraz edən insanlar, “Dayandırın Putini, dayandırın terroru”, “İran çölə, Sisi çölə, Bəşər çölə, Rusiya çölə” şüarları səsləndiriblər.

Əsədin, İranın, Rusiya və Misirin Suriyadakı qırğınlardan məsul olduğunu bildirən etirazçılar, bu ölkə nümayəndələrinin müzakirələrə çağırılmamasını tələb ediblər.

 

azadliq.info