Uruqvay prezidenti Tabare Vazquez, Fransaya rəsmi səfərə gedərkən mindiyi təyyarədə bir gənc qızın həyatını qurtarıb. Allergik reaksiya keçirən və ölümlə çarpışan qıza ilkin tibbi yardım göstərən həkim dövlət başçısı, təyyarədə olan hər kəsi təəccübləndirib. Uruqvay mətbuatına danışan Prezidentin xüsusi həkimi Mario Zelaryan, prezident Vazquezlə birlikdə səhhəti çox ağır olan Elody adında gənc qızın həyatını xilas etdiklərini və təyyarənin təcili eniş etməsinə gərək qalmadığını açıqlayıb. Prezidentin sadə vətəndaşlarla bir təyyarədə hərəkət etməsi də dünya mətbuatının diqqətini cəlb edib.
azadliq.info