“Əsədin sonrakı taleyi əsas müzakirə mövzusudur”

SuriyaABŞ və Rusiyanın təşəbbüsü ilə Vyanada təşkil edilən Suriya danışıqları başa çatıb.  ABŞ, Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı və İranın da aralarında olduğu 17 ölkənin xarici işlər nazirlərinin qatıldığı toplantı, təxminən 8 saat davam edib. Toplantı bitəndən sonra müzakirələrin nəticəsi haqda məlumat verən Fransa xarici işlər naziri Laurent Fabius, əsas fikir ayrılığının Əsədin sonrakı taleyi ilə bağlı olduğunu bildirib. O, Suriya probleminə və yüz minlərlə insanın ölümünə məsuliyyət daşıyan Əsəd hakimiyyətinin buraxılmasının vacib olduğunu bildirib:
“Yüz minlərlə suriyalının öldürülməsi, milyonlarla suriyalının ölkəsindən didərgin düşməsi gerçək fəlakətdir. Bu fəlakətə görə Bəşər Əsəd məsuliyyət daşıyır.

Əsəd mövzusunda anlaşılmazlıq

Fabius daha gebiş tərkibdə təxminən 8 saat davam edən danışıqlarda bir çox mövzunu müzakirə etdiklərini bildirib:

“Bəzi mövzularda fərqli düşünürük, xüsusilə də Bəşər Əsədin gələcəyi mövzusunda. Biz Əsədin Suriyanın gələcəyində yeri olmadığını düşünürük. Ancaq bəzi ölkələr, xüsusilə də İran fərqli düşünür”,-deyən Fabius bildirib.

Fabius, fikir ayrılıqlarına baxmayaraq, bəzi mövzularda razılıq əldə etdiklərini də bildirib:

“Ancaq bəzi mövzularda irəliləyişə nail olduq. Birləşmiş Millətlər Təşkilatının rolu, seçkilər, yeni hökumət və yeni konstitusiya kimi məsələlərdə fikir ayrılığımız yoxdur.

Fabius təmasların davam edəcəyini, iki həftədən sonra yenidən bir araya gələcəklərini də açıqlayıb:

“İki həftə ərzində eyni görüş formatında yenidən bir araya gəlməyi razılaşdıq”,- deyə Fabius bildirib.

Türkiyə xarici işlər naziri Bəşər Əsəd mövzusunda daha sərt mövqe sərgiləyib

Toplantının ardından Türkiyə xarici işlər naziri Firudun Snirlioğlu da nəticələr haqda jurnalistlərə məlumat veirb. Sinirlioğlu da Fransalı həmkarı kimi əsas problemin Bəşər Əsəd olduğunu bildirib:

“Bugünkü toplantı bu günə qədər Suriya mövzusunda gerçəkləşən ən böyük toplantı idi. Toplantı bu baxımdan əhəmiyyətli olsa da, təməl anlaşılmazlıqlar yenə davam edir. Bu gün də Bəşər Əsədi dəstəkləyən ölkələrin münasibətində hər hansı dəyişiklik görmədik”.

Bəşər Əsədlə birlikdə sülh mümkün deyil

İki həftə sonra yenidən görüşəcəklərini bildirən Sinirlioğlu, toplantıya qatılan əksər ölkələrin Bəşər Əsədlə sülhə nail olmağın mümkünsüzlüyünə inandığını bildirib.  Türkiyəli diplomat, İran Rusiya və Misirin münasibətlərində dəyişiklik olmadan, müsbət nəticə əldə etməyin mümkün olmayacağını bildirib:

“Suriyada sülh, sabitlik istəyiriksə, yeni bir Suriyanın qurulması üçün bir çərçivə varsa, bu çərçivənin təməl prinsipi Bəşər Əsədin siyasət səhnəsindən çəkilməsidir. Hal-hazırda müzakirə edilən mövzu budur. Suriyada konkret iki problem var: biri köç problemi, digəri terrorizmdir. Hər iki problem Bəşər Əsədin dörd ildir xalqına qarşı törətdiyi müharibənin nəticəsidir. Əgər bu problemlərin aradan qaldırılması istənilirsə, Bəşər Əsəd hakimiyyətdən getməldir”,- deyə Sinirlioğlu bildirib.

 

 

azadliq.info