İsrail keçən həftə İŞİD və “Əl-Qaidə”yə bağlı Nusra Cəbhəsini terror təşkilatı kimi tanısa da, bu ölkənin müdafiə naziri fərqli bəyanatla çıxış edib. Vaşinqtonda səfərdə olan müdafiə naziri Moşe Yalon, amerikalı həmikarı Eşton Karter ilə görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında İŞİD-in onlar üçün təhlükə olmadığını açıqlayıb:
” İŞİD bu ana qədər bizi birbaşa təhdid etmədi, amma onları Suriyada çox diqqətlə izləyirik.Bizim əsl əndişəmiz, Colan təpələrindən bizə qarşı terror cəbhəsi açmağa çalışan İran İnqilab Gözətçilərinin dəstəklədiyi qruplardır”,- deyə müdafiə naziri bildirib.
azadliq.info