Hökumət Aqil Xəlilə görə 28 min avro cərimələndi

aqilxelil-fransa3“Azadlıq” qəzetinin əməkdaşı, hazırda Fransada mühacirətdə olan Aqil Xəlillə bağlı Avropa Məhkəməsi qərarını veridi. Azərbaycan Hökuməti Aqil Xəlilə qarşı bütün hüquq pozuntularını etiraf etdi, bunlarla bağlı araşdırma aparacağını vəd etdi və 28.000 avro kompensasiya verəcəyini bildirdi. Bu barədə vəkil Rəşid Hacılı “Facebook” profilində yazıb.

«Azadlıq» qəzetinin müxbiri Aqil Xəlili fevralın 22-də peşə borcunu yerinə yetirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Dağbəyi Allahverdiyev və Akif Çovdarov döymüşdü.

Aqil Xəlil Zeytun bağı deyilən ərazidə, ağacların kəsilərək yerində qanunsuz tikililərin aparılması barədə reportaj hazırlayarkən təzyiqlərə məruz qalmışdı.

Bundan sonra ona təzyiqlər daha da artmış və nəhayət, martda işdən qayıdarkən ürək nahiyəsindən bıçaqlanmışdı.

Aqil Xəlil “Sərhədsiz Reportyorlar” beynəlxalq jurnalist təşkilatının xüsusi dəvəti ilə 2008-ci il iyulun 23-də Fransaya gedib.