Seymur Həzidən xəbər var

seymur heziOktyabrın 28-də 17 saylı cəzaçəkmə müəssisində saxlanılan “Azadlıq” qəzetinin və “Azərbaycan saatı” proqramının əməkdaşı, AXCP sədrinin müavini Seymur Həzi ailəsi ilə görüşüb. Bu barədə “Azadlıq”a Seymur Həzinin atası Məşgül Həziyev məlumat verib. Səhhətinin və saxlanma şəraitinin normal olduğunu bildirən Seymur Həzi, atasından onu dəstəkləyənlərə, onun üçün darıxan hər  kəsə salamlarını çatdırmağı xahiş edib.

Xatırladaq ki, Seymur Həzi bu ayın 8-də 17 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

 

azadliq.info