“Neftin 60 dollara qalxması uzun müddət xəyal olacaq”

neftAvropanın ən böyük enerji şirkətləri üçün neftdə ən pis günlər geridə qalmayıb. Avropanın üçüncü böyük neft istehsalçısı BP üçün neftin qiymətinin yenidən 60 dollara qalxması uzun müddət xəyal olacaqdır.

Bloomberg News-un xəbərinə görə, neftdə uzunmüddətli enişi ilk təxmin edən şirkət olan BP, 2017-ci ilə qədər olan neft strategiyasını tamamilə dəyişib. Total da keçən ay sərmayələrini azaltdığını, layihələri təxirə saldığını bildirmişdi.

1 ildən çoxdur azalma meylində olan neft qiymətləri səbəbilə enerji şirkətləri sərmayələrini təxirə salırlar. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, enerji şirkətləri araşdırma və neft hasilatı sahəsindəki sərmayələrini 20% ilə rekord səviyyədə azaldıblar.

ABŞ-ın enerji şirkətlərinin aktivləri indidən 6,5 milyard dollar azalmış vəziyyətdədir. BP-nin CFO-su Brayan Gilvary 2016-ya qədər neft qiymətlərində bir normallaşma gözləmədiklərini açıqlayıb.

“Önümüzdeki 9 ay üçün yuxarı bir hərəkət görmürəm” deyən Gilvary, “Çoxlarının düşündüyünün əksinə, neft qiymətlərinin daha da aşağı düşəcəyini gözləyirik” ifadələrini istifadə edib.

BP, çərşənbə axşamı günü yaydığıi açıqlamasında bu il üçün kapital xərclərini 19 milyard dollara endirəcəyini bildirib. Şirkət ötən il 23 milyard dollar sərmayə yatırmşdı.