Məmməd İbrahimin şikayəti təmin olunmadı

mammad-ibrahimBu gün Bakı Apellyasiya Məhkəməsində AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsinə dair  Nərimanov Məhkəməsinin qərarırından verilmiş apellyasiya şikayətinə baxılıb. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə baxılan prosesdə verilmiş apellyasiya şikayəti təmin olunmayıb. Vəkil Yalçın İmanov Məmməd  İbrahimin həbsdə saxlanmasını əsassız hesab etdiyini bildirib. O qeyd edib ki, Məmməd İbrahim barəsində başlanmış cinayət işi CM-nın 221.1  maddəsi ilə başlanılıb. Bu maddəyə görə həbs-qətimkan tədbirinin seçilməsinin absurd olduğunu özləri də anlayan istintaqçılar guya əlavə zərərçəkənlərin olması barədə onlara məlumatın daxil olmasına görə cinayət işinin  CM-nin 221.2.2 maddəsinə tövsif edilməsi ilə bağlı qərar veriblər. Amma hələ ki, bu tövsif cəlbetmə qərarı ilə əvəzlənməyib.