aydin eliyev

Gömrükdən “rastomoşka” açıqlaması

aydin eliyev“BMW 4000 dollara ola bilməz”

Gömrükdən “rastomoşka” açıqlaması – "BMW 4000 dollara ola bilməz"
“İndiyə qədər avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə edilmiş şikayətlərin biri də əsaslı olmayıb”.

Bunu “Marja”ya Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

“İdxal olunan avtomobillərin gömrük rəsmiləşdirilməsi ilə bağlı şikayətlər daxil olur. Daxil olan şikayətlərərə dərhal baxılır. Yeni sayt istifadəyə veriləndə də, bununla bağlı kalkulyator nəzərdə tutulmuşdur və istənilən şəxs saytımıza daxil olub ödəniləcək gömrük rüsum və vergilərini hesablaya bilər. Mən Sizə bir Komitə sədri olaraq deyə bilərəm ki, bu günə qədər bütün şikayətlər yoxlanılıb və bu günə qədər bunula bağlı bir dəfə də olsun şikayət əsaslı hesab edilməyib”.

Komitə sədri deyib ki, avtomobil idxal edən vətəndaşlar ən çox rüsum və vergilərin artıq alındığından şikayət edirlər:

“Vətəndaşlar şikayət edəndə demir ki, məndən gömrük əməkdaşı əlavə pul alır. Deyirlər ki, artıq aparılmış hesablamalar dövlət büdcəsinə köçürülür. Biz də izah edirik. Biz əvvəllər bu problemlər ilə daha çox rastlaşırdıq. Köhnə avtomobillər gətirilərkən əldə etdiyi bir sənəddə avtomobilin dəyəri ədalətli göstərilmir. Lexsus 2000 dollar ola bilməz, BMW 4000 dollar ola bilməz. Ona görə də xahiş edirik ki, hesablamalarınızı bununla aparmayasınız. Avtonəqliyyat Gömrük İdarəsində bununla bağlı əmtəəşünas ekspertlər fəaliyyət göstərir. Onlar avtomobilə baxaraq ona qiymət qoyulur və rəsmiləşdirmə aparılır”.

Aydın Əliyev, “təqdim edilən qaimə fakturaların saxta olmasın deyə bilmərəm. Sübut edilməyən şeylərə saxta demək olmaz. İnsanların da psixologiyasın başa düşmək olar. Heç kim istəməz ki, nəisə çox ödəsin”, deyə əlavə edib.