Eldar Mahmudovun “xan sarayı” FOTOLAR

eldar-mahmudov2

Keçmiş nazir villalarını qorumaq üçün MTN-də idarə yaradıbmış

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad edəndən sonra onun və ona yaxın adamların qanunsuz əməlləri haqda ölkə mediasında silsilə yazılar davam etməkdədir. Bir neçə gün əvvəl Eldar Mahmudova məxsus olan şərab evindən- “Wine City” mağazalar şəbəkəsindən geniş reportaj hazırlanmışdı. Bu dəfə isə “Qafqazinfo”nun keçmiş nazirin Badamdardakı sarayından hazırladığı reportajı təqdim edirik:

MTN-in keçmiş rəisinin evinin yerləşdiyi məhəlləyə daxil olduq və qonşulardan eks-nazirlə bağlı nəsə soruşmaq istəyirdik ki, aldığımız cavab belə oldu: ”Bu məhəllədə onun adını çəkmək olmur. Çünki o, bütün danışıqları dinlətdirir. Biz öz canımızdan bezməmişik”.

Daha sonra isə adı rüşvət və korrupsiya əməllərində hallanan sabiq məmurun evinə yaxınlaşmağa cəhd etdik. Sözün əsl mənasında villaların içində möhtəşəm iqamətgahın önündə durduq. Uzun cəhdimizdən sonra axır ki, ətrafdakı insanlarla ünsiyyətimiz alındı. Ilk sualımıza cavab belə oldu: “Biz bildiyimizə görə, bura Eldar müəllimin hər gün əsgərlərin keşik çəkdiyi qərargahıdır”.

Daha sonra söhbətlərinə belə davam etdilər:

Ötən gün evin ətrafına polis maşınları yığılmışdı. Içəridə yoxlama aparılır. Bu məhəllədə ən bahalı villa Eldar Mahmudova məxsusdur. Evin hər tərəfi kameradır. 4 mərtəbəlidir. Onun yerin altında da mərtəbələrinin olduğunu eşitmişik.

Bu məhəllədə adi bir otaqlı kirayə evin qiyməti 250 manatdı. Gör bu villa üçün o, neçə milyard pul xərcləyib? Evinin qaşısındakı o bağı görürüsünüzmü. Eldar Mahmudov hər axşam o bağda ağaclara qulluq edərdi. Barəsində sərəncam çıxandan bəri bu tərəflərə gəlmir. Onun ailəsi də bu evdə qalırdı.

Evdə çoxlu fəhlələr işlədirdilər. Fəhlələrin maaşını vermirdilər. Iki gün olar ki, bütün fəhlələr işdən çıxıb evlərinə gediblər.

Biz elə bilirdik bura onun qərargahıdır. Evin dörd tərəfini əsgərlər qoruyurdu. Indi heç bir əsgər yoxdu. Evinin qabağındakı bu yaşıl düzəngah isə onun bağıdır. O, bağında ceyran heykəli də qurdurub. Bağın 80-90 sot sahəsi var. Orda bütün ağaclar var.

Ev o qədər böyükdür ki, vallah, bilmirik onun neçə qapısı var. Biz saydığımıza görə evin 5 darvazası var. Həyətində maşınlar üçün lift də var. Liftlə maşınlar evin yuxarı və aşağı qatlarına enə bilirlər. Liftin üzü çox bahalı metaldan hazılanıb. Deyilənə görə, həmin metal qızıldan hazılanıb.

O, işdən çıxmamışadan öncə hər gecə evə gələrdi. Həyətində 10-a yaxın bahalı maşın olardı. Indi də tez-tez evə bahalı maşınlar daxil olur. Villanın həyətində istirahət üçün bütün şərait yaradılıb.

Orda idman meydançası da qurulub. Məhəllənin bütün yolları pis gündədir. Palçıq içərisindədir. Amma onun evinin önündə yol çəkilib. Bütün mülk iri divarlarla hasarlanıb.

Eldar Mahmudovun evinin adi dam hissəsi məhlədəki bütün evlərin qiymətindən bahadır.

İndi evdə bir iki nəfər qalır. Işdən çıxarılandan sonra biz onu buralarda görməmişik. Burda danışmaq çox təhlükəlidr. O səsimizi yazdıra bilər”.

Daha sonra isə sabiq nazirin evinin qapısına yaxınlaşdıq. Amma bilmədik ki, neçənci qapını döyək? Bağın qabağında kişiyə yaxınlaşmaq istədik. Gördük ki, kişi oturduğu stulda yatır”.

***

Azadlıq”a daxil olan məlumatda isə bildirilir ki, Eldar Mahmudovun Nardaran və Mərdəkanda da dəbdəbəli villaları var. Keçmiş nazir villalarının mühafizəsi üçün MTN-də idarə də yaradıbmış. Mühafizə idarəsi adlanan və 70 işçisi olan bu qurumun rəhbəri general-mayor Pərviz Səfərov olub.