CİA: “Rusiya Əsəd üçün gələcək görmür”

CIAAlmaniyanın “Şpigel” jurnalı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennanın çıxışını dərc edib. Brennan Vaşinqtonda təşkil edilən  təhlükəsizlik konfransında çıxışı zamanı Rusiyanın Suriyadakı əməliyyatlarına toxunub. CİA rəhbəri Rusiyanın Əsədin mövqeyini gücləndirmək üçün deyil, öz mənfəətlərini qorumaq üçün Suriyada vuruşğunu bildirib. O, Rusiyanın Suriyada Əsəd üçün gələcək görmədiyini, zamanla onun arxasından çəkiləcəyini bildirib. Brennan Əsəd qüvvələrinin və Rusiyanın hərbi əməliyyatlarının nəticəsiz qaldığını da bildirib.

 

azadliq.info