Səudiyyə şahzadəsi Beyrutda 2 ton narkotiklə tutuldu

seudiye-prins

Səudiyyə Ərəbistanının şahzadəsi Əbdül Muhsin Vəlid bin Əbdüləziz Liviyanın paytaxtı Beyrutda saxlanılıb. Livan polisi Beyrut aeroportunda şahzadənin şəxsi təyyarəsindən 2 ton narkotik maddə tapıb. Buna görə də onu göz altına alıb.

Livanın milli xəbər agentliyi NNA təhlükəsizlik qüvələrindəki mənbələrə istinadla bildiri ki, əməliyyat zamanı təyyarədən 40 bağlamaya yığılmış 2 ton sintetik uyuşdurucu maddə olan “amfetamin” tapılıb. Təyyarə Səudiyyə Ərəbistanına uçmağa hazırlaşırmış.

Livan mənbələri vurğulayır ki, bu, indiyə qədər Beyrut hava limanında tutulan ən böyük həcmdə narkotikdir.