avroparlament1

Oğurluq pullar haqda mühüm sənəd qəbul olundu

avroparlament1Avropa Birliyi və İsveçrənin birgə hazırladığı bank hesabları haqda məlumatların əldə edilməsi və yalmasını nəzərdə tutan müqavilə layihəsi Avropa Parlemnetində səsverməyə çıxarılıb və qəbul olunub.

Bu sənəd, AB ölkələrində və İsveçrədə bank hesabı, yatırımları olan şəxslər haqda məlumatların avtomatik olaraq AB və İsveçrə arasında paylaşılmasını nəzərdə tutur.
AP-nin toplantısında çıxış edən danimarkalı məruzəçisi Jeppe Kofod, vergidən yayınmaq məqsədilə pullarını gizləyən şirkət və ya şəxslərə bundan sonra göz yummayacaqlarını, hesab məxfiliyinin ortadan qalxmasının vergidən yayınma ilə mübarizədə böyük bir addım olduğunu bildirib.
Bu razılaşma, hesab sahiblərinin yalnız gəlir məlumatlarının deyil, eyni zamanda maliyyə aktivləri, satışdan əldə etdikləri gəlir və faizlə bağlı məlumatların da  açıqlanmasını nəzərdə tutur.

Xatıradaq ki, bu haqda ilkin razılaşma 2015-ci ilin may ayında əldə olunmuşdu.
Sazişin 1 yanvar 2017-ci ildən qüvvəyə minəcəyi gözlənilir.

 

azadliq.info