MTN-lə bağlı həbslər daha bir nazirliyə sıçradı

vidadi zeynalovRabitə Nazirliyin aparat rəhbəri tutuldu, kabineti möhürləndi

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən olaylarla bağlı həbslər davam edir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov da həbs olunub: “Artıq aparat rəhbərinin kabineti möhürlənib, onun evində və bağında axtarış aparılıb”.

Məlumatda o da qeyd olunur ki, V.Zeynalovun həbsi sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynovla əlaqəlidir.

Məsələylə bağlı rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirovla əlaqə saxladıq. M.Əmirov hazırda işdə olmadığını, bu barədə məlumatsız olduğunu bildirib.

V.Zeynalovun qəbul otağına etdiyimiz zənglərə isə cavab verən tapılmadı. (Mia.az)