Çoxşaxəli İstintaq “İmperiyasının” fəsadları
Son zamnlar MTN-in yüksək vəzifə tutan məmurlarının işində aşkar edilən ciddi qanun pozuntuları ilə əlaqədar baş verən həbslər hüquq mühafizə orqanlarında zəruri islahatların geçikməsinin nəticəsidir. Nə qədər ki, əməliyyat-istintaqı orqanlarının, bütövlükdə hüquq mühafizə orqanlarının üzərində konstitsion, parlament, məhkəmə nəzarəti mövcud deyil, güc strukturlarında hacı məmmədovların yaranması qaçılmaz olacaq.
İnsan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu prinsip Konstitutsiyamızda təsbit edilmişdir. Hər bir dövlət orqanının, o cümlədən, hüquq mühafizə orqanlarının, eləcədə istintaq orqanlarının fəaliyyəti həmin vəzifələrin yerinə yetirilməsinə yönəlməlidir. Bunun üçün hüquq mühafizə orqanlarının əsas vəzifəsi insan və vətəndaşların hüquqlarının və azadlıqlarının qorunması, ikincisi, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi üçün sosial – iqtisadi inkişafa xidmət etmək, iqtisadi inkişafa mane olan hallarla mübarizə aparmaqdır.
Son illərdəki hadisələr göstərir ki, hüquq mühafizə orqanları içərisində mühüm yer tutan istintaq orqanları, istintaq orqanlarının strukturu, onların idarəçiliyi, fəaliyyəti konstitsiyon vəzifələrin yerinə yetrilməsinə tam cavab vermir. İstintaq orqanları iqtisadi inkişafa mane olan halları aradan qaldırmağa nəinki kömək etmir, əksinə, iqtisadi inkişafı əngəlləyir, işgüzar-sahibkarlıq mühitini boğur, vətəndaşların hüquq və azadlıqlarını pozurlar.
Məlumdur ki, hüquq mühafizə orqanlarında işləyən bəzi məmurların özlərinin və yaxınlarının müvafiq biznes sturkturları vardır. Və hüquq mühafizə orqanlarında işləyən həmin məmurlar çox vaxt səlahiyyətlərindən istifadə edərək istintaq orqanlarının vasitəsi ilə özləri üçün imtiyazlı şərait yaradır və sahibkarları inzibati vasitələrdən istifadə etməklə onları sıradan çıxarır və bəzən onlara qarşı əsassız cinayət təqiblərinə yol verirlər. Beləliklə, inhisarçı mövqelərini gücləndirirlər. Bu çox təhlükəli tendensiyadır.
Mövcud olan mürəkkəb, istintaqın çoxşaxəli strukturu, bu orqanlar üzərində vahid, eləcə də sistemli nəzarətin olmaması, istintaq orqanlarının bu və ya digər naziliklərə tabeçiliyi sui-istifadələrə və qanunsuzluqlara şərait yaradır. Belə sturkturlu istintaq sisteminə nə ehtiyac var ?!
- Baş Prokrorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə istintaq İdarəsi;
- Baş Prorkrorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaqı;
- Rayon, şəhər Prokrorluğunun istintaqı;
- Daxili İşlər Naziriliyinin Baş İstintaq və Təhqiqat İdarəsi;
- Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin istintaqı;
- Daxili İşlər Nazirliyinin Rayon, şəhər idarələrinin istintaqı;
- Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsi;
- Vergilər Nazirliyinin İstintaq İdarəsi;
- Dövlət Gömrük Komitəsinin istintaqı;
- Fövqaladə Hallar Nazirliyinin istintaqı;
- Ədliyyə Nazirlinin istintaqı;
- Dövlət Sərhəd Xidmətinin istintaqı və s.
Göründüyü kimi, çoxşaxəli istintaq orqanlarının strukturu və forması ciddi problemlır yaradır. Birincisi, istintaq orqanları prosessual baxımdan prokrorluğa tabe olsa da, təşkilatı baxımdan bu və ya digər nazirliklərə tabedirlər. İstintaqın təşkilatı baxımdan nazirliklərə tabeçiliyi sui-istifadələrə şərait yaradır, vahid hüquq siyasətinə uyğun gəlmir. Heç təsadüfü deyil ki, dunya praktikasında bir qayda olaraq istintaq vahid mərkəzləşdirlmiş orqan kimi fəaliyyət göstərir. Bizdə isə çox şaxəli istintaq sistemi istintaq aidiyyatini ümumiyyətlə aradan qaldırır və aşağıdakı fəsadları yaradır.
Birincisi, Istintaq orqanları öz mövcudluğlarını təsdiq etmək üçün real və obyektiv hallarla deyil, “ göstəricilər “ naminə işləyirlər. İkincisi, Cinayət Prosessual qanunvericilindəki boşluqlardan istifadə edərək bəzən zəruri olan halda cinayət işi başlamırlar, bəzən qanuni əsas olmadan sifarişlə cinayət işləri başlanılır və nəticədə vətəndaşların hüquq və azadlıqlarının pozulması halları çoxalır. Üçüncüsü, bəzi məmurlar iqtisadi mövqeylərini gücləndirmək üçün çox şaxəli istintaq orqanlarının “ xidmətlərindən “ istifadə edirlər. Və nəhayət, istintaq orqanları qeyd edilən neqativ hallarla dövlət büdcəsinə yükə çevrilməklə bərabər iqtisadi inkişafı əngəlləyir və ən mühümü vətəndaşların hüquq və azadlıqlarını müdafiə etmək funksiyasının yerinə yetirmirlər.
Ona görə də istintaq orqanlarında vahid mərkəzləşdirilmiş orqan yaradılmaqla qeyd olunan mənfi və dağıdıcı tendensiyaının qarşısı alınmalıdır.
İstintaq orqanındaki islahat yəni, vahid mərkəzləşdirlmiş orqanın yaradılması paralel olaraq prorkrorluq sistemində də islahatları səmərəli edə bilər. Çünki həm istintaqa prosessual rəhbərlik, həm də dövlət ittihamının bir mərkəzdən idarə olunması da qanunsuz və ədalətsiz hökümlərə aparır.
Misal üçün, CPM-nin 41. 3-cü maddəsində göstərilir ki, Dövlət İttihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirlən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-nin 41.6-ci maddəsində göstərilir ki, Dövlət İttihamçısı bu məcəllənin 40-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirlməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirlən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Lakin həmin maddələr işləmir. Çünki, Baş Prorkorluğ həm istintaqa proressual rəhbərliyi həyata keçirir, başqa bir idarəsi isə dövlət ittihamını müdafiə edir. Təbii ki, bunlar bir-birini təkrarlamaqla fəaliyyətini birləşdirir və eyni mərkəzdən koordinasiya olunur. Belə olan halda həmin maddə formal xarakter daşımış olur. Və nəticədə ədalətsiz, qanunsuz hökmlər çoxalır.
Əməliyyat-istintaq orqanları böyük səlahiyyətlərə malikdirlər. Həmin səlahiyyətlərin sui-istifadələrə çevirlməməsi üçün həmin orqanlar üzərində sistemli, balanslaşdırılmış nəzarət sistemi mövcud olmalıdır və məhkəmə hakimiyyəti ədalət mühakiməsi funksiyasını yerinə yetirməlidir.