İraq parlamentinin Həqiqət və Korrupsi Araşdırma Komissiyasının spikeri Adil Nuri, İraqın eks baş naziri Nuri Malikini korrupsiyada ittiham edib. O, Malikinin 8 illik vəzifə müddətində ölkənin milyardlarının oğurlandığını bildirib:
“Dünya tarixinə baxsaq, heç bir ölkədə bu müddt ərzində 500 milyard dolların oğurlandığı halna rast gələ bilmərik. Maliki vəzifədə olduğu 2006-2014-cü illərdə yalnız ölkənin neft gəlirlərindən əldə etdiyi pulun miqdarı təxminən 822 milyard dollardır. Bundan başqa, ABŞ başda olmaqla, İraqın inkişafı üçün kənardan ayrılan pulun məbləği isə 250 milyard dollar təşkil edir. Beləliklə, 8 il müddətində İraqın xəzinəsinə təxminən 1 trilyon dollar pul daxil olub. Ancaq bunun yarısı ortada yoxdur və ya hara getdiyi bəlli deyil”,- deyə Adil Nuri bildirib.
azadliq.info