“Bank of Baku” 40 milyon borc alıb

bank-of-baki“Bank of Baku” Mərkəzi Bankdan növbəti dəfə kredit alıb. Xəbər verdiyimiz kimi, 2015-ci ilin 2-ci rübündə Azərbaycan Mərkəzi Bankı “Bank of Baku” ASC-yə 20 milyon manat kredit vermişdi.

“Marja” xəbər verir ki, Mərkəzi Bank 3-cü rübdə “Bank of Baku”ya daha 20 milyon manat da ayırıb. Beləliklə, “Bank of Baku”nun Mərkəzi Bankdan aldığı borc 40 milyon manata çatıb.

Qeyd edək ki, devalvasiyadan sonra dollarlaşma ilə əlaqədar olaraq bankların manat ilə vəsaitlərə təlabatı yaranıb.