Azad Suriya Ordusu Lavrovu təkzib etdi

suriya-herbiAzad Suriya Ordusunun hüquq müşaviri və komandiri Əbu Zeyd, Rusiyadan heç bir dialoq təklifi almadıqlarını, özlərinin də bu ölkəyə belə bir təklif vermədiklərini bildirib. Əbu Zeyd Rausiyanın xarici işlər naziri Sergey Lavrovu çaşqınlıq içində olmaqda ittiham edib: “Rusiyanın xarici işlər naziri Sergey Lavrov, son zamanlar ASO ilə bağlı nə dediklərinin fərqində deyil. Bəzən ASO-nun varlığını inkar edir, bəzən də ASO ilə əməkdaşlığa hazır olduqlarını bildirir”.

Azad Suriya Ordusunun dirənişi nəticəsində Rusiyanın hava əməliyyatlarının əhəmiyyətsiz hala gəldiyini bildirən Əbu Zeyd, Kremillə əməkdaşlığın mümkünsüzlüyünü də bəyan edib: “Nə Rusiya bizə, nə də biz Rusiyaya dialoq təklifi etmişik. ASO qərargahları, döyüşçüləri və vətəndaşlarımız Rusiya təyyarələri tərəfindən bombalandığı halda, belə bir təklif gəlsə də qəbul edə bilmərik”.

 

azadliq.info