İsrail hökuməti İŞİD, Nusra Cəbhəsi və Abdullah Azzam Briqadalarını terror təşkilatları siyahısına salacağını açıqlayıb.
Baş nazirin ofisindən yayılan yazılı şərhdə, Netanyahunun başçılığı altında kabinetin əftəlik toplantısında belə bir qərarın qəbul olunduğu bildirilir.
Açıqlamada, İsrail daxili kəşfiyyat xidməti Şin Betinin hökumətdən bu təşkilatları terror təşkilatları siyahısına salmasını tələb etdiyi bildirilir. Səbəb kimi bu təşkilatların Əl-Qaidə ilə əlaqədə olmaları göstərilir.
azadliq.info