Bəşər Əsəd Moskvaya köçməyə hazırlaşır?

assad-putin-moscow2015Suriyanın ölkə başçısı Bəşər Əsədin Moskva səfəri ilə bağlı yeni ilginc məlumat yayılıb. 90-cı illərdə Rusiya xarici işlər nazirinin müavini işləmiş Georgi Kunadze “Azadlıq” radiosunun rus xidmətinə bildirib ki, Əsəd və yaxın adamlarını Moskvaya iki təyyarə gətirib. Suriya prezidenti ilə gələn şəxslər Moskvanın çox prestijli hesab edilən Rublyovka yaşayış massivində gəzərək müxtəlif evlərə baxıblar.

Bu, Bəşər Əsədin yaxın adamları ilə birlikdə Moskvaya köçməyə hazırlaşdığı haqda mülahizələrə yol açıb.

azadliq.info