Ölkənin oliqarxiya kommersiya qurumlarından biri 2014-cü ildə 66,5 mln. manat məbləğində zərər etdiyini bildirib ki, bu da əvvəlki ildə olduğundan (20 mln.manat) çoxdur.
Audit edilmiş maliyyə hesabatında deyilir ki, müəssisənin istehsalat, ticarət fəaliyyəti və xidmətlərdən əldə etdiyi gəlir 16,7 mln. manat təşkil edib ki, bu da əvvəlki ildə olduğundan 7,7% çoxdur. Birbaşa xərclər 2 dəfə artaraq 26,8 mln. manat təşkil edib.
İnzibati və digər əməliyyat xərclərinə 55,8 mln. manat yönəldilib ki, bu da 2014-cü ildə olduğundan 22,7 mln. manat çoxdur.
Qeyd edək ki, əgər 2013-cü ilin yekunlarına əsasən 22 şirkətin daxil olduğu holdinqin kapitalı 132,5 mln. manat təşkil edibsə, bu il yanvarın 1-nə olan məlumata görə, mənfi göstərici 24,2 mln. manat olub.
2014-cü ildə holdinq 137 mln. manat həcmində uzunmüddətli borc götürüb. 2014-cü ildə “Synergy Group” ASC-nin aktivləri 136 mln. manatdan 120 mln. manata enib.
Səhmdarlar dövriyyədən 142,4 mln. manat çıxarıblar. Onlar 29,8 mln. manat səhmdar kapitalı, 22,2 mln. manat investisiya qoyublar.
Hesabatda qeyd olunur ki, qrupun səhminin 99%-i Əşrəf Kamilova məxsusdur.