Suriyada daha bir iranlı general öldürüldü

iran-hucumSuriyada gedən döyüşlərdə İran ordusunun daha bir generalı öldürülüb. İran İslam İnqilabının Mühafizəsi Korpusunun generalı Rza Xəvari Xama vilayəti uğrunda gedən döyüşlərdə həlak olub.

“Mühafizə Korpusunun “Fatimiyyə” diviziyasının briqada generalı Rza Xəvari Suriya ordusunun hərbi məsləhətçisi kimi Xama vilayətinin şimalında “İslam dövləti” qruplaşması ilə gedən döyüşlərdə həlak olub”- deyə “Fars” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, təkcə son 2 gündə Suriyada 8 iranlı hərbçi ölüb.

 

modern.az