Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 10 yüksək vəzifəli əməkdaşının vəzifələrindən azad edilərək, sərəncama götürülməsi barədə məlumat vermişik.
Trend nazirliyin daha üç əməkdaşının vəzifədən azad olunaraq, sərəncama götürülməsi ilə bağlı yeni informasiya əldə edib. Məlumatlı mənbələrdən verilən xəbərdə bildirilir ki, MTN-nin Antiterror Mərkəzinin idarə rəsinin müavini, polkovnik Nail Tağızadə, Kadrlar Baş İdarəsinin yüksək rütbəli əməkdaşı Aysel Əlizadə, o cümlədən, Nazirliyin Astara rayon şöbəsinin rəisi vəzifələrindən azad edilərək sərəncama götürülüblər.
İşdən azad edilərək sərəncama götürülən Aysel Əlizadə MTN-nin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Əlimusa Əliyevin yaxın qohumudur.