Əsədin Moskva səfərinə reaksiya: “İnsanlıq bunu da gördü”

erdogan-3Türkiyə prezidenti Ərdoğan Əsədin Moskvada qarşılanmasına münasibət bildirib. O, Kremlin bu addımının qəbuledilməz olduğunu, Suriya məsələsində heç kimə güzəştə getməyəcəklərini bildirib.

“Düşünə bilirsinizmi? 370 min insanın qanına girən bir adamı qırmızı xalı ilə qarşılanmasının dövlətlərarası diplomatiyada yeri ola bilərmi? Təəssüf ki, insanlıq bunu da gördü”.

Ərdoğan Suriyanın şimalında baş verənlərə də münasibət bildirib:

“Dərdləri tamamilə Şimali Suriyanı ələ keçirməkdir. Buradan açıq deyirəm, biz Şimali Suriyanı bunların qurduğu planlamaya əsla qurban verməyəcəyik. Çünki bu bizim üçün bir təhdiddir. Bizim Türkiyə olaraq bu təhdidə “bəli” deməyimiz mümkün deyil”,-deyə Ərdoğan bildirib.

 

azadliq.info