“Əsədin bir gün belə qalmasını qəbul etmirik”

Suriya MuxalifetiSuriya Müxalifəti və İnqilabçı Güclər Milli Koalisiyası (SMDK) Suriyada siyasi keçidin Cenevrə Bəyannaməsinə və BMT Təhlükəsizlik Şurasının qərarlarına uyğun olmasının lazım olduğunu bəyan edib.  Müxaliflər Bəşər Əsədin hər hansı mərhələdə mövcudluğunu qəbul etmədiklərini də bildiriblər.

SMDK yaydığı açıqlamada, Rusiyanın “Suriya xalqı öz müqəddaratını özü təyin edir” yanaşması Əsədi hakimiyyətdə saxlamaq cəhdi kimi dəyərləndirilir. Bundan başqa, SMDK-nın açıqlamasında deyilir: “Suriyalılar 350 min adamın ölümünə səbəb olan günahkarın yenidən Suriyanı idarə etməsinə icazə vermədi, bundan sonra da verməyəcək. Bəşər Əsədin keçid dövründə bir gün belə qalmasını qəbul etmirik. Siyasi həll prosesi Suriya xalqının qəbul edəcəyi, maraqlarının qorunacağı halda mümkündür”.

 

 

azadliq.info