“Wall Street Journal” Suriya lideri Bəşər Əsədin Rusiya səfərini təhlil edib. “Əsədin sirli Moskva ziyarətindən çıxarılmalı olan 5 dərs” başlıqlı məqalədə bildirilir ki, bu ziyarətlə Rusiya prezidenti Vladimir Putin və Suriya lideri Bəşər Əsəd bütün dünyanı təəccübləndirdi. Məqalə müəllifi hesab edir ki, dünya bu ziyarətdən 5 dərs çıxarmalıdır. Bunlar aşağıdakılardır:
- Bəşər Əsədin 2011-ci ildən bu yana ilk dəfə olaraq Suriyadan çıxmağa risk etməsi özünə inamın bərpasından, ölkəsindəki durumundan və Rusiya ilə əlaqələrinin vacibliyindən xəbər verir.
- ABŞ və Rusiya prezidentlərinin Əsədə olan münasibəti Birləşmiş Ştatların Yaxın Şərqdəki rolunun və təsirinin mirginallaşdığını təsdiq edir.
- Rusiya Suriya ilə bağlı ABŞ-da olmayan 3 şeyə sahibdir. Birincisi, Rusiyanın Suriyada daxili müttəfiqləri (Iran və “Hizbullah”) var. Həmçinin Putin Əsədə birbaşa təsir etmək imkanına sahibdir. Ikincisi, Rusiyanın konkret hədəfləri var – Əsədi dəstəkləmək və IŞID-ə qarşı vuruşmaq. Üçüncüsü də, Obama prezident postundan gedəndən sonra Putin hələ uzun müddət siyasi arenada qalacaq.
- Rusiyanın Suriyadakı rolu yeni strateji reallıqdan xəbər verir. Bu da ABŞ-ın və onun Yaxın Şərqdəki müttəfiqlərinin maraqlarına toxunur. Bu məqamdan Israil və Səudiyyə Ərəbistanı xüsusən narahat olmalıdır. Rusiya ilə Bəşər Əsəd, Iran və “Hizbullah” arasında yeni əlaqələrin formalaşması onları narahat etməlidir.
- ABŞ-ın Yaxın Şərq siyasəti Suriyada, həmçinin Iraqda Putinin təşəbbüslərinin girovuna çevrilə bilər. Əgər Rusiya Əsədin iqtidarda qalmasını təmin etsə, ABŞ Suriya liderini devirə, IŞID-i də məhv edə bilməyəcək.
Gültəkin