PKK-nın Suriya qolu Moskvada ofis açır

PKK-nın Suriya qolu kimi tanınan PYD Moskvada ofis açmaq üçün danışıqlara başlayıb.Bu haqda PYD-nin həmsədri Asiya Abdullah məlumat verib.
Rus xəbər agentliyi “Sputnik”ə ofis işləri ilə bağlı məlumat verən Abdullah, bir çox  ölkələrlə bu istiqamətdə iş apardıqlarını, Rusiyanın da bu ölkələrdən biri olduğunu açıqlayıb. O, hələlik Moskvada hazırlıq işlərini davam etdirdiklrəini, nəticə haqda ictimaiyyətə rəsmi məlumat veriləcəklərini bildirib.

 

azadliq.info