Kərbəla faciəsi qum sənətilə nümayiş olundu VİDEO

kerbela-qum-senetindeTürkiyədə Anadolu Ələvi Dərnəyi Kərbəla faciəsinin ildönümü münasibətilə mərasim təşkil edib.

Cihan agentliyi xəbər verir ki, Maltepe Mədəniyyət Mərkəzində təşkil olunan mərasimdə Kərbəla faciəsi qum sənəti ilə nümayiş olunub. Mərasimə ələvi, əhli-sünnə və Əhli-Beyt (ə) ardıcılı olmaqla xeyli sayda vətəndaş iştirak edib. Birlik və bərabərlik mesajlarının səsləndirildiyi mərasimdə Kərbəla hadisəsi qum sənəti ilə tәsvir edilib. Mərasim iştirakçıları tamaşanı böyük maraqla izləyib (Deyerler.org).