«AZADLIQ»IN RƏSƏDXANASI
QOÇ
Bəzi mövzuları şişirdəcək və ya qarşı tərəfə hadisələri böyüdərək şərh edəcəksiniz. Fikirləriniz ən başda çox parlaq görünməsə də, tətbiq etməyə başladıqda çətinliyi hiss edəcəksiniz.
BUĞA
Hər şeyin nəzarət altında olduğunu israr edirsiniz. Ancaq ulduzlar laqeyd yanaşdığınız və ya gözdən qaçırdığınız bəzi məsələlərin olduğunu xatırladır.
ƏKİZLƏR
Planlarınızla əlaqədar xəbərdarlıqlar eşidə bilərsiniz. Bu mövzuda bəzi əskiklərin olduğunu dilə gətirən şəxsləri dinləməkdə fayda var. Deyilənlər əhəmiyyətli ola bilər.
XƏRÇƏNG
Bürcün bəzi nümayəndələri vəd etdikləri məsələləri tamamilə unutmuşcasına hərəkət edəcəklər. Bu vəziyyətdə hərəkətlərinizə açıqlama vermək məcburiyyətində qalacaqsınız.
ŞİR
Qurduğunuz münasibətlərdə dəyişikliklər edə bilərsiniz. Yəni bir əlaqəni, əməkdaşlığı sona çatdıra və ya yeni münasibət qura biləsiniz. Dərindən düşünməniz məsləhətdir.
QIZ
Bəzi şəxslər müəyyən planlarınızın üzərindən keçmənizi və ya bəzi dəyişikliklər etmənizi istəyəcək. Bu kəslərin fikirlərinə çox güvənməyə bilərsiniz, amma yenə də diqqətə almanız lazımdır.
TƏRƏZİ
Ünsiyyət zamanı bəzi məqamların üzərində dayanaraq, ya da qarşı tərəfin həssas hisslərinə toxunmağınız çətinlik yarada bilər. Bu səbəbdən hər zamanki nəzakətinizi qorumalı, problemləri həll etməyə çalışmalısınız.
ƏQRƏB
Əməkdaşlıqla bağlı sövdələşmə üçün məhsuldar gündür. Bu mövzuda şərtləri sizi qane edəcək şəkildə qoymaq üçün təşəbbüsü ələ alacaqsınız.
OXATAN
Sizi narahat edən məsələlərin həlli ətrafında fikirləşəcəksiniz. Problemlərin həlli zamanı digərlərini nəzərə almaq yaxşı əlamətdir.
OĞLAQ
Maneələrin öhdəsindən gəlmək istəyirsinizsə, səmimi olmalı, doğru şəkildə danışmalısınız. Bu gün hər növ maneni aşa biləcək şansınız var.
DOLÇA
Şikayət etməyi, və ya ümidsizliyə qapılmamağı bacarsanız, zamanla əhəmiyyətini itirməyə başlayan, yaxud da zəifləyən əlaqələri qırmaq şansınız var. Hərəkətə keçməniz lazımdır.
BALIQLAR
“İndi nələr olacaq?” deyə düşünməyi və narahat olmağı kənara atın. Təzyiq altında diqqətinizi toplayıb yeni planlar qurmağınızın faydasını görə bilərsiniz.