Əsəd bu dəfə İrana gedir

b_esed3Suriyada vətəndaş müharibəsinin başladığı gündən ölkə xaricinə çıxmayan Əsəd, üç gün öncə Moskvaya səfəri ilə   dünyada geniş əks-səda doğurmuşdu. Bu gün isə Əsədin yaxın günlərdə daha bir ölkəyə səfər edəcəyi ilə bağlı məlumat yayılıb.

Bu haqda İranlı jurnalist Mehdi Mahmudi məlumat yayıb. Jurnalist “Twitter” hesabında Əsədin həftənin bazar günü Tehrana səfər edəcəyini İran Xarici İşlər Nazirliyinin təsdiqlədiyi bildirib.

Hazırda Suriyada siyasi keçidin təmin olunması üçün Vyanda Səudiyyə Ərəbistanı, ABŞ, Rusiya və Türkiyə rəsmilərinin toplantısı keçirilir. Rusiya keçid dövrünü Əsədin rəhbərliyi altında baş tutmasını istəsə də,  Səudiyyə Ərəbistanı bu təklifi qəbul etmir və Əsədin bir an öncə hakimiyyəti təhvil verməsini tələb edir. Turkiyə isə  Rusiyanın bu təkilifinin reallaşması üçün şərtlər irəli sürür.

 

azadliq.info