Oktyabrın 23-də Vyanada Suriya probleminin həlli, bu ölkdə siyasi keçidin reallaşması yolları müzakirə olunacaq.
Rusiya, ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı xarici işlər nazirlərinin iştirakı ilə baş tutacaq toplantını, ABŞ-ın təşkil etdiyi bildirilir. Rəsmi Moskva təklifin ABŞ tərəfindən edildiyini, İran, Qətər və Misirin də bu tərkibə əlavə olunmalarının vacibliyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə, siyasi həll prosesində Əsədin yer almasının Moskva üçün əsəs prinsip olduğunu açıqlayıb.
Cenevrədə 2012-ci ildə bağlanan müqaviləni xatırladan qaynaq, “Biz orada Bəşər Əsəd rəhbərliyindəki mövcud hökumət və müxalifətin iştirak edəcəyi bir keçid prosesi mövzusunda razılaşma əldə etmişdik. Əsəd mövzusunda Rusiyanın hər hansı yeniliyi yoxdur”,- deyə mənbə bildirib.
azadliq.info