Bu gün «Qış Bulvarı» (Qış parkı) ucbatından ev-eşiklərindən məhrum olmuşlar ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin ilk qərarı (http://hudoc.echr.coe.int/eng… ) qəbul edilmişdir. Bu barədə Facebook səhifəsində vəkil Fuad Ağayev məlumat verib. Məlumata görə, Nuriyə Xalikovanın ərizəsi üzrə Məhkəmə müəyyən etmişdir ki, onun İnsan Hüquqları və Əsas Azadlıqları Konvensiyasının 5 (azadlıq hüququ) və 8-ci (mənzil hüququ) maddələri, eləcə də həmin Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsi (mülkiyyət hüququ) ilə nəzərdə tutulmuş hüquqları pozulmuşdur. Maddi zərərə görə 45000, mənəvi zərərə görə 15000, xərclərə görə 2500 Avro məbləğində təzminat müəyyən olunmuşdur.

Avropa Məhkəməsi «Qış Bulvarı» ilə bağlı qərar verdi
•