Vüqar Əliyev intihara cəhd edib

vuqar-eliyevBu barədə redaksiyamıza məhbusun valideynləri bildiriblər.  Onların dediyinə görə sonunca dəfə Vüqar Əliyevlə görüşə gedən zaman onun oktyabrın 3-dən açlıq aksiyasına başladığının şahidi olublar.   Bu haqda ötən saylarımızda məlumatlar dərc etmişdik. Məhbusun atası İbrahim İsmayılov oğlunun talehi ilə bağlı aidiyyatı qurumlara müraciət etsəsə də, heç bir ürəkaçan cavab almadığını bildirmişdi.

Məhbusun anası Məlahət ismayılova redaksiyamıza zəng edərək bunları bildirdi: “ Məhbus yoldaşları mütəmadi Vüqar Əliyevin sağlamlıq vəziyyətinə dair məlumatları zəng edərək bizə xəbər verirdilər.  Son dəfə zəng gələrkən onun intihara cəhd etdiyini bildiriblər. Xəbəri eşitdikdən sonra  çəzaçəkmə müəssisəsi ilə əlaqə saxlamaq istədik, Vüqarla görüş istədik. Lakin bizə  qanuna görə görüş düşmədiyini bildirərək oğlumuzun  vəziyyətindən xəbər tutmaq imkanı verilmir. Hal hazırda çox ağır durumdayıq kimə, necə müraciət edəcəyimizi bilmirik”.

Xatırladaq ki, Vüqar Əliyev Şəmkir rayonunun keçmiş icra başçısı Aslan Aslanovun oğlunun ölümünə görə ömürlük həbsə məhkum olunub. Bu məsələdə özünü günahkar saymayan Vüqar Əliyev,  eləcə də valideynləri onun 12 ildən artıq cəza çəkdiyini qeyd edərək, işin yenidən araşdırılması vəya  Vüqarın əfv olunması üçün dəfələrlə prezidentə müracıət ediblər.