“Bu addımlar Əsədin getməsini təmin etməlidir”

hollandeFransa prezidenti Fransua Olland, Rusiya dövlət başçısı  Putinin ötən gün Moskvada baş tutan görüşdə Bəşər Əsədə hakimiyyətdən getməsi ilə bağlı təzyiq etdiyinə ümid etdiyini bildirib. O, Parisdə keçirdiyi mətbuat konfransında belə bir açıqalma verib:

”Putinin keçid dövrünü təmin etməsi və ən qısa zamanda iqtidardan getməsi ilə  bağlı Bəşər Əsədi razı salmağa çalışdığına inanmaq istərdim. Ümid edirəm, görüş bu istiqamətdə olub”.

Rusiyanın Suriyadakı hava əməliyyatlarına toxunan Olland, bu əməliyyatların yalnız İŞİD-ə qarşı olduğu və keçid dövrünün təmin edildiyi halda səmərəli olacağını bildirib:

”Rusiyanın əməliyyatları Əsəd rejimini gücləndirəcəyi halda, bu hücumlar Suriya probleminin həllinə heç bir qatqı təmin etməyəcək”,-deyə Olland bildirib.

 

azadliq.info