Milli Məclisə noyabrın 1-ə təyin edilmiş parlament seçkilərində 769 deputatlığa namizəd mübarizə aparacaq. Bu, 1 yerə 6 nəfər namizəd deməkdir.Namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında verilib.
1246 nəfərin deputatlığa namizədliyi qeydə alınıb, 477 nəfər namizədliyini geri götürüb.MSK-nın qərarına görə, seçki bülletenlərinin hazırlanması səsvermə gününə ən azı 10 gün qalmış başa çatmalıdır. Milli Məclisə seçkilərlə əlaqədar bu proses sabah – oktyabrın 22-də başa çatır.



