Bəşər Əsədin Moskvaya səfərinin ardından Türkiyə prezidenti Ərdoğanla Rusiya prezidenti Putin arasında telefon danışığı olub.
Məlumata görə, Putin, prezident Ərdoğana Bəşər Əsədin Moskvaya səfəri haqqında məlumat verib. Danışıq zamanı prezident Ərdoğan Putinə Suriyada son günlər baş verənlərlə bağlı narahatlıqlarını çatdırıb. Ərdoğan, Rusiyanın Hələb və ətraf ərazilərə hücumlarının yeni köç dalğası yaratdığını da Putinin diqqətinə çatdırıb.
Danışıq zamanı PYD, YPG və PKK probleminə diqqət çəkən Ərdoğan, Türkiyənin İŞİD də daxil olmaqla bütün terror təşkilatları ilə mübarizəyə əhəmiyyət verdiklərini bildirib.
azadlıq.info