ABŞ Dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriya böhranını müzakirə eləmək üçün oktyabrın 23-də Vyanada Səudiyyə Ərəbistanı və türkiyəli həmkarları ilə görüşəcəklər.
Bu barədə oktyabrın 21-də Rusiyanın xarici işlər nazirliyi məlumat yayıb.
Qeyd edək ki, bəyanat Suriya prezidenti Bəşər Əsədin oktyabrın 20-də Moskvaya səfərindən bir gün sonra verilib.
Nazirliyin məlumatına görə, oktyabrın 21-də Lavrovla Kerri arasında telefon söhbəti olub və tərəflər Vyanada belə bir görüş keçirmək razılığına gəliblər.
Bəşər Əsədin artıq Suriyaya döndüyü bildirilir.
Məlumata görə Moskva görüşündə terrorçu qruplara qarşı birgə mübarizə, Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatlar və bunun davam etdirilməsi müzakirə olunub.
Rusiya Suriya müharibəsində Bəşər Əsədin, Qərb isə ona qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.