İnşaat materialları sektorunda satışlar 2 dəfə azalıb

insaat-mallariBu gün Bakıda İnşaat sərgisi öz işinə başlayıb. Sərgi şirkətlərin sayının çox olmasına görə diqqəti cəlb etsə də, şirkətlərin əməkdaşları pessimist danışıblar.

“Marja”nın müxbirinin Azərbaycanda iri inşaat materialları istehsalçılarının nümayəndələri ilə apardığı söhbət əsnasında məlum olub ki, bu sektorda satışlar günbə-gün düşür.

“Biz inşaat üçün hörgü materialları istehsal edirik. Satışlarımız 2 dəfə düşüb. Binaların tikintisi səngidiyindən sifarişlər azalıb. Belə getsə, zavodumuz fəaliyyətini dayandıra bilər”,- istehsalçılardan birinin nümayəndəsi deyi.

Digər, boya, gips və yapışdırıcılar istehsalçısının nümayəndəsi isə bildirib ki, satışlar 40-50% civarında azalıb.

Azərbaycanın sement istehsalçısı da satışların aşağı düşməsindən gileylənir: “İstehsal gücümüzü yarıbayarı azaltmışıq. Bu satışlarımızın kəskin azalması ilə bağlıdır”.