Çin Xalq Respublikasının prezidenti Xi Jinpingin İngiltərəyə səfərində bir neçə sahəni əhatə edəcək 30 milyard funtluk (təxminən 46,1 milyard dollar) həcimində müqavilə imzalanacağı gözlənilir. Müqavilələr İngiltərədə 3900 insanın məşğulluğunu təmin edəcəyi bildirilir.
Çin mediasına görə, müqavilə bağlanacaq sahələr arasında nüvə, yaradıcı sektor, sürətli qatar istehsalı, səhiyyə, maliyyə xidmətləri, aviasiya, təhsil, texnologiya kimi sahələr var. Çin Ticarət Nazirliyinə görə, hazırda İngiltərədə 500 Çin şirkət fəaliyyət göstərir. Bundan başqa, İngiltərədə təxminən 150 min çinlinin təhsil aldığı bildirlir. Çində isə 6 min britaniyalının təhsil aldığı bildirilir.
azadliq.info