Dünya Sağlamlıq Təşkilatının (WHO) açıqladığı “Qlobal vəziyyət” hesabatına görə, hər il 1 milyon 250 min insan yol qəzasında həyatını itirir. Hesabatda, son üç ildə 79 ölkədə yol qəzasında ölənlərin sayının azaldığı, 68 ölkədə isə bu sayın artdığı göstərilir.
Ölüm sıralamasında yol qəzaları 8-ci yerdə olsa da, yeniyetmələr və qismən böyüklər bu sıralamada birincidir.
Hesabatda yol qəzalarında ölüm sayına görə Avropanın sonuncu, Afrika qitəsinin isə birinci yerdə olduğu öz əksini tapıb.
azadliq.info