Rusiya Fransandan üzr istədi

kremlRusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Fransa səfirini səhvən xarici işlər Nazirliyinə dəvət etdikləri üçün üzr dilədiklərini açıqlayıb.

Rossiya 24-ə açıqlama verən Zaxarova, Duma sədri Sergey Narışkinin də aralarında olduğu parlament heyətinin təyyarəsinə Fransız reaktivlərinin yaxınlaşdığı ilə əlaqədar iddialarının doğru olmadığının müəyyən edildiyini bildirib: “Vəziyyət diqqətlə analiz edildi. Fransa, Rus təyyarəsinə təhlükə yaradan təyyarənin onlara deyil, İsveçrə Hava Qüvvələrinə aid olduğunu bildirdi. Bunda sonra diplomatik kanallarla Fransaya üzrümüzü çatdırdıq”,- deyə Zaxarova bildirib. Rusiya Xarici İşlər Nazirliyi sözçüsü, İsveçrədən hadisə ilə bağlı açıqlama gözlədiklərini bildirib.

Xatırladaq ki, bu hadisədən sonra Rusiya Xarici İşlər Nazirliyi  Fransanın Moskvadakı səfirini çağıraraq izahat istəmişdi.

 

azadlıq.info