Bu gün Nərimanov rayon məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin ev dustaqlığına buraxılması ilə bağlı vəkilin vəsatətinə baxıldı və vəsatət təmin olunmadı. Bundan əlavə, Cinayət Məcəlləsinin 221.1 maddəsi ilə ittiham olunan M.İbrahimin 221.2.2 maddəsi ilə ittiham olunduğu məlum olub. Bu da 3 ildən 5 ilə qədər həbs cəzası nəzərdə tutur.
Vəkil Yalçın İmanovun qərara münasibəti belə olub:
“Məmməmd İbrahim barədə seçilmiş qətimkan tədbirinin ev dustaqlığı-qətimkan tədbiri ilə əvəz olunmasına dair vəsatət qaldırmışdıq. Vəsatətin təmin olunması üçün kifayət qədər əsaslar olsa da, hakim müsbət qərar vermədi. Qərardan apellyasiya şikayəti verəcəyik. Müstəntiq bildirdi ki, Məmməd İbrahimə istinad olunan əməl sövsif olunub CM-nin 221.2.2 maddəsinə. Həmin maddə hakimiyyət nümayəndəsinə və ya ictimai qaydanı qorumaq vəzifəsi olan şəxsə müqavimət göstərməklə xuliqanlığı nəzərdə tutur. Müstəntiq bildirdi ki, 18-ci polis bölməsindən hansısa materila daxil olub istintaqa. Guya həmin materilada Məmməd İbrahimin ictimai qaydanı qoruyan Oruc adlı şəxsə xuliqanlıq etdiyi öz əksini tapıb və oktyabrın 5-də tövsif qərarı qəbul olunub. Maraqlı orasıdır ki, oktyabrın 5-dən sonra Apellyasiya Məhkəməsi bizim şikayətimizə baxıb və bu barədə müstəntiq bizə heç bir məlumat verməyib. İstintaqın bu cür əməllərin istintaqın müstəqil davranmadığının və hansısa kənar təsirlə hərəkət etdiyinin bariz nümunəsidir”,-deyə vəkil bildirib.



