“Azərsun Holdinq” “Paşa Holdinq”ə birləşdirilir

azersunHakimiyyətdəki iri qruplaşmalardan olan Paşayevlər yeyinti sənayesini tam olaraq öz nəzarətinə götürür. Redaksiyamıza daxil olan məlumatlara görə, “Azərsun Holdinq” “Paşa Holdinq”ə birləşdirilir.

“Paşa Holdinq”in Paşayevlərə məxsus olduğu sirr deyil. Elə şirkətin adı hər şeyi deyir. “Azərsun Holdinq” də indiyə qədər faktiki olaraq hakim ailənin nəzarətində idi. Indisə bunu rəsmiləşdirirlər.