Yaşayış minimumu 136 manat məbləğində təsdiqləndi

pul-qalmaqal

Bu rəqəm real istehlak səbətinə uyğun deyil

Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunaraq qəbul edilib. Sənəddə əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün isə 118 manat məbləğində nəzərdə tutulur.

Iqtisadçı-ekspert Nemət Əliyevə görə yaşayış minimumuyla bağlı məlum göstərici sadəcə olaraq simvolik məzmun kəsb edir. Ekspertə görə, bu məbləğ əhalinin həyat səviyyəsini xarakterizə edən göstərici deyil:

Əhalinin minimum yaşayış səbətinin dəyərinin guya 136 manat olduğunu deyirlər. Adına görə bu məbləğ əhalinin minimum yaşayış səbətinin dəyərini özündə ifadə etməlidir. Amma ölkədə bu göstəricini biabırçı bir formaya salaraq ona elə məzmun veriblər ki, o, adında ifadə etdiyi mahiyyətindən çox uzaqlaşıb. Ona görə bu göstəricisi statistik və ya rəsmi dövlət orqanlarının təsəlli tapmaq üçün hansısa göstəricilərə hesablanmasında alət rolu oynayır. O, faktiki olaraq real həyatla müqayisədə heç bir iqtisadi məzmun kəsb etmir”.

N.Əliyev söyləyir ki, minimum istehlak səbətinin dəyəri qiymətlərin yüksək olduğu indiki dövrdə olduqca yüksəkdir. Ekspert onun təxminən 200 manatın üzərində olduğunu söyləyir.

Nigar