Rusiya Suriyanı sürətlə boşaldır

suriyali qacqinlarHələbin cənubunda şiddətlənən qarşıdurmalar səbəbilə ən az 70 min adamın evlərini tərk edərək bölgədən qaçdığı bildirilir.

BBC-nin suallarını cavablandıran Suriya tibbi yardım birliyinin başçısı Zaydun Al Zoabi, ziyarət etdiyi kənd və qəsəbələrdə demək olar ki, heç kimin qalmadığını bildirib:

“Açıq sahələrdə minlərlə insanın qaçdıqlarını gördük.  Son 72 saat ərzində ən az 70 min insanın evlərini tərk etdiyini deyə bilərik”.

Xatırladaq ki, Türkiyə, Rusiyanın təşkil etdiyi hava hücumlarının ardından bölgədə yeni köç dalğası başlayacağı ilə bağlı xəbərdarıq etmişdi.

 

azadliq.info