Nuland bu gün Türkiyəyə gəlir

nuland-baki2015ABŞ dövlət katibinin müavini Victoria Nuland, İspaniya, Türkiyə və Yunanıstana səfər edəcək.

ABŞ dövlət katibinin ofisindən verilən məlumata görə, Con Kerrinin Avropa və Avrasiya əlaqələri üzrə müavini Nuland, oktyabrın 19-da Ankaraya gələcək. Nuland, Ankarada hökumət rəsmiləri ilə IŞİD-ə qarşı həyata keçirilən mübarizə, qaçqın böhranı, regional və ikitərəfli əlaqələri ehtiva edən bir sıra görüşlər keçirəcək. Dövlət katibinin ofisindən verilən məlumatda, səfər zamanı Ankarada baş verən terror aktının da ciddi müzakirə olunacağı bildirilir.

Xatırladaq ki, Almaniya kansleri Angela Merkel də dünün Türkiyədə səfərdə olub.

 

azadliq.info