NATO İranın qurudan, Rusiyanın havadan Suriya prezidenti Əsadə dəstək verdiyi bir vaxtda, 36 min əsgərlə “eyni sahillərdə” adı altında hərbi təlimə başlayıb. Aralıq dənizidəki təlim, Bəşər Əsəd və onu dəstəkləyən ölkələrə gözdağı olaraq dəyərləndirilir. NATO-nun təşkil etdiyi bu təlim, son 10 ildə təşkil edilən ən böyük hərbi təlimdir. NATO-nun hərbi gövdə nümayişi olaraq xarakterizə edilən, 5 həftə davam edəcək təlimlərə 36 min əsgər, 230 hərbi birlik, 140 təyyarə və 60-dan çox gəmi qatılacaq.
NATO bu təlimlər zamanı qısa müddət ərzində istənilən bölgəyə yerləşdirilməsi planlaşdırılan 5 min nəfərlik təcili müdaxilə qrupunu da test edəcək.
azadlıq.info