İsrail hökumətinin fələstin xalqına istiqamətli təzyiqləri və Məscidi-Əqsaya basqını yəhudilər tərəfindən etirazla qarşılanıb. Bu məqsədlə minlərlə yəhudi New Yorkun “Times” meydanında bir araya gəlib. Çox sayda amerikalının və Ortodoks Yəhudilərinin qatıldığı etiraz mitinqində İsrailin hərəkətləri pislənilib.
Fələstin bayraqlarını daşıyan etirazçılar, İsrailin mövqeyini tənqid edən şüarlar səsləndirib, plokatlar qaldırıb. “Azad Fələstin”, “İsrail yəhudi xalqını təmsil etmir”, “İsrail işğalına son”, “Ədalət yoxsa, barış yoxdur” kimi şüarlar səsləndirən etirazçıları ətarfadan keçən avtomobillər də siqnla verərək dəstəkləyib.
azadliq.info