Davudoğlundan Dəmirdaşa sərt sözlər

davudoglu-agladiTürkiyənin baş naziri Əhməd Davudoğlu HDP lideri Səlahəddin Dəmirdaşı sərt ittiham edib. Baş nazir Dəmirdaşın “Biz olmasaydıq daxili savaş çıxardı” açıqlamasına belə cavabverib:

“Ölkədə vətəndaş müharibəsi var” deyən sizin bələdiyyə başqanınızdır. Hər fürsətdə daxili savaş çağırışı edənlər onlar. Polisimizi, əsgərimizi şəhid edərək Türkiyəyə döyüş açan onlar. Özləri ilə PKK arasında məsafə qoysalar, məmnun olardıq. Yetər ki, öz bələdiyyə başqanınıza baxın. Türkiyə özünə meydan oxuyan terror təşkilatı və ya istənilən dövlətlə tək-tək hesablaşmağa hazırdır. Kimsə Türkiyəni təhdid etməyə qalxmasın”.

 

azadlıq.info