“Canlı bombalardan birinin kimliyi bəllidir”

davudogluTürkiyənin baş naziri Əhməd Davudoğlu Ankarada yaşanan və 102 insanın ölümü ilə nəticələnən terrorla bağlı yeni məlumatlar açıqlayıb. O, canlı bombalardan birinin şəxsiyyətinin dəqiqləşdiyini, digər şəxslə bağlı əsaslı məlumatların olduğunu açıqlayıb. Davudoğlu terror hücumu ilə bağlı istintaqın davam etdiyini, lazım olan bütün addımların atılacağını da bildirib.

 

azadliq.info